İdman

Zidan “Bavariya”ya rəhbərlik edə bilər

Sharing is caring!




“Real Madrid”in keçmiş baş məşqçisi Zinəddin Zidan “Bavariya”ya rəhbərlik edə bilər.

Məlumata görə, alman klubu fransız mütəxəssisi komandanın yeni baş məşqçisi postuna namizəd kimi nəzərdən keçirir.

Qeyd olunur ki, “Bavariya” artıq potensial əməkdaşlığı müzakirə etmək üçün Zidanın agenti ilə əlaqə saxlayıb.

Klubun hazırkı baş məşqçisi Tomas Tuxel cari mövsümün sonunda komandanı tərk edəcəyi barədə daha əvvəl məlumat yayılmışdı. Cari Almaniya çempionatında keçirdiyi 29 oyundan sonra münhenlilər turnir cədvəlində lider “Bayer Leverkuzen”dən 13 xal geri qalaraq ikinci yerdədirlər.

Mənbə: euro-football.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir