İdman

Premyer Liqa: “Nyukasl” “Tottenhem”i darmadağın etdi – VİDEO

Sharing is caring!




İngiltərə Premyer Liqasının XXXII turu çərçivəsində “Nyukasl” doğma meydanda “Tottenhem”i qəbul edib.

Oxu.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin mütləq üstünlüyü ilə yekunlaşıb 4:0.

Oyunda hesabı 30-cu dəqiqədə A.İsak açıb. İki dəqiqə sonra A.Qordon komandasının üstünlüyünü iki topa çatdırıb. İkinci hissədə (51-ci dəqiqə) növbəti dəfə fərqlənib. Oyunun sonuna üç dəqiqə qalmış F.Shar son nöqtəni qoyub.

Qələbə sayəsində xallarının sayını 50-yə çatdıran “Nyukasl” altıncı pilləyə yüksəlib. “Tottenhem” 60 xalla beşinci pillənin sahibidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir