İdman

Azərbaycanın gənc gimnastları “Slovak Aerobic Open”də çıxış edəcəklər – FOTO

Sharing is caring!




Azərbaycanın gənc aerobika gimnastları “Slovak Aerobic Open” turnirində çıxış edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, aprelin 12-14-də Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq yarışa beş idmançımız qatılacaq.

Məşqçi Emil Quliyevin rəhbərliyi altında mükafatlar uğrunda Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova və Sara Əlixanlı mübarizə aparacaq. Tünzalə Daşdəmirova isə yarışda hakim qismində ölkəmizi təmsil edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir