İdman

Çempionlar Liqası: “Atletiko” evdə, “Barselona” səfərdə qalib gəldi – VİDEO

Sharing is caring!




UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün daha iki oyun keçirilib.

Oxu.Az-ın məlumatına görə, günün qarşılaşmaları Madrid və Parisdə baş tutub.

“Atletiko” doğma arenada Dortmund “Borussiya”sını qəbul edib. Ev sahiblərinin vurduqları iki qoldan qonaqlar yalnız birinin əvəzini çıxmağı bacarıblar – 2:1.

Digər görüşdə “Barselona” PSJ-nin qonağı olub. Qol duelini xatırladan qarşılaşmanın sonunda katalon klubu sevinib – 2:3. Qonaqların heyətində Rafinya dublla yadda qalıb.

Bu cütlərdə cavab matçları aprelin 16-da keçiriləcək.

Qeyd edək ki, dünən baş tutan mərhələnin ilk iki oyununda “Real Madrid” (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir