İdman

Azərbaycan idmançısı dünya çempionatında gümüş medal qazanıb – FOTO

Sharing is caring!




Azərbaycan idmançısı Sahib Bağırov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən stronqmen növü üzrə dünya çempionatında medal qazanıb.

“Report” xəbər verir ki, 95 kq çəki dərəcəsində mübarizə aparan atlet gümüş mükafata sahib çıxıb.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışa yollanan yığmanın heyətində beş idmançı qüvvəsini sınayıb. Beynəlxalq dərəcəli hakim Camal Əhmədzadə ilk dəfə dünya çempionatında ədaləti qoruyub. Komanda Azərbaycan Stronqmen Federasiyasının vitse-prezidenti Bəxtiyar Quliyevin rəhbərliyi altında mübarizə aparıb.

Qeyd edək ki, turnirdə 35 ölkə təmsilçisi çıxış edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir