İdman

Futbolda ofsayd qaydası dəyişdirilə bilər

Sharing is caring!

Futbolda ofsayd qaydası dəyişdirilə bilər.

Bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) məlumat yayıb.

Şura yeni qaydanın sınaqdan keçiriləcəyini təsdiqləyib.

Yeniliyə əsasən, hücum edən komandanın oyunçusu ötürmə anında bütün bədəni ilə rəqib müdafiəçini qabaqladığı təqdirdə oyundankənar vəziyyət hesab olunacaq.

Ancaq hazırkı qaydalar 2025-ci ilin fevralına qədər dəyişdirilə bilməz. İFAB həmin vaxta qədər yeni qaydaları sınaqdan keçirəcək. Yeni qaydalar effektli olsa, onların futbola tətbiqi məsələsi 2025-ci ilin fevralında keçiriləcək İFAB-ın növbəti assambleyasında müzakirə ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir