İdman

AFFA futzal məşqçisinə ağır cəza verib

Sharing is caring!

AFFA İntizam Komitəsi futzal üzrə I Liqa komandası “Bakı”nın məşqçisi Namiq İbrahimovu cəzalandırıb.

Oxu.Az xəbər verir ki, 17-ci turda PFL ilə görüşdə hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə alan mütəxəssis meydanı tərk edərkən hakimlər və yarış təşkilatçılarının ünvanına davamlı olaraq təhqiredici ifadələr işlədib.

Bu, onun beş oyunluq diskvalifikasiya edilməsi ilə nəticələnib.

Həmin liqanın “Metropoliten”-“Dalğa” oyunu isə birincilərin təyin edilən vaxtda meydanda olmaması ucbatından baş tutmayıb. Bu, “Metropoliten”in 0:5 hesablı texniki məğlubiyyət almasına yol açıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir