Dünya

İsrail Qəzzadakı döyüşlərin aktiv fazasını iki-üç həftəyə bitirmək niyyətindədir

Sharing is caring!


İsrail rəhbərliyi Qəzza zolağında hərbi əməliyyatların aktiv fazasını iki-üç həftə ərzində bitirmək planları barədə ABŞ nümayəndələrinə məlumat verib.

Məlumata görə, İsrail rəsmiləri ABŞ-dəki həmkarlarına kütləvi hava zərbələri ilə dəstəklənən genişmiqyaslı quru əməliyyatını ehtiva edən hazırkı hücumun yaxın iki-üç həftə ərzində başa çatacağı barədə məlumat veriblər.

Döyüşlərin intensivliyinin azalacağı onların tam dayandırılması demək deyil. Mənbələr bunun əvəzində İsrail qüvvələrinin qalan HƏMAS liderlərini təqib etməyə diqqət yetirərək zərbələri davam etdirmək niyyətində olduğunu vurğulayıblar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir