İdman

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Sharing is caring!

“Qarabağ” və “Neftçi” klublarının əvəzedicilərdən ibarət komandaları cəzalandırılıblar.

AFFA-dan verilən məlumata görə, bu barədə İntizam Komitəsi qərar qəbul edib.

Əvəzedicilər Liqasının 27-ci turunda keçirilən “Turan Tovuz-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Cavad Mirzəbəyli hakimin qərarına etiraz edib.

Mütəxəssis birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyi üçün beş oyun cəzalandırılıb, “Qarabağ-2” komandası isə 400 manat cərimə edilib.

“Neftçi-2” – “Səbail-2” oyununun 17-ci dəqiqəsində “ağ-qaralar”ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə klub 150 manat cərimə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir