İdman

Azərbaycan Kubokunun yarımfinalı: Əzəli rəqiblərin oyun vaxtı müəyyənləşib

Sharing is caring!


Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, qarşılaşmalar aprelin 2-də və 3-də gerçəkləşəcək.

İlk gündə əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ” birincilərin meydanında üz-üzə gələcəklər. Ertəsi gün “Qəbələ” paytaxtda “Zirə”nin qonağı olacaq.

Azərbaycan Kuboku

Yarımfinal

2 aprel (çərşənbə axşamı)

20:00. “Neftçi” – “Qarabağ”

“Neftçi Arena”

3 aprel (çərşənbə)

19:00. “Zirə” – “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir