İdman

PSJ doğma meydanda xal itirdi – VİDEO

Sharing is caring!


Fransa Liqa 1-də 25-ci turun oyunları keçirilir.

Lider PSJ bu tur “Reyms”i qəbul edib.

Park de Prensdəki oyunda ilk hissədə komandalar hərəyə iki dəfə fərqləniblər. İkinci hissədə qol olmadığından matç elə bu hesabla da başa çatıb – 2:2.

Qeyd edək ki, parislilərin hücumçusu Kilian Mbappe yalnız 73-cü dəqiqədə meydana daxil olub.

Beləliklə də, hazırda PSJ turnir cədvəlində vahid liderdir. Paytaxt klubu 56 xal toplayıb və ən yaxın izləyicisi olan “Brest”i 10 xal qabaqlayır. “Reyms” isə 35 xalla 9-cudur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir