Dünya

Türkiyədə sinaqoq və kilsələrə terror aktları hazırlayan İŞİD üzvləri həbs edildilər – FOTO/VİDEO

Sharing is caring!


Türkiyədə sinaqoqlara, kilsələrə, həmçinin bəzi səfirliklərə hücumlar hazırlayan İŞİD terror qruplaşmasının üzvləri həbs ediliblər.

Bu barədə təhlükəsizlik orqanlarından xəbər verilib.

Bildirilib ki, MİT (Türkiyə Kəşfiyyat İdarəsi) doqquz vilayətdə şübhəlilərin yaşayış yerlərinə reydlər keçirib.

Ümumilikdə hüquq-mühafizə orqanları 32 nəfəri saxlayıb, ifadələri alındıqdan sonra onlardan 25-i həbs edilib.

Dindirilmələr zamanı saxlanılanlar terror aktlarının hazırlanmasının təfərrüatı, onların liderlərinin adlarını, Türkiyə və Suriyada əlaqələrini açıqlayıblar.

Bundan əlavə, polis həbslərin və bu şəxslərin hücum etmək niyyətində olduqları ərazilərdə necə araşdırma apardıqlarının görüntülərini paylaşıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir