İdman

Azərbaycan Premyer Liqası: XXVI tura Bakıda start veriləcək

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XXVI tura bu gün start veriləcək.

Oxu.Az-ın məlumatına görə, günün yeganə oyunu Bakıda baş tutacaq.
Turnir cədvəlinin üst pillələrində qərarlaşan komandalar “ASCO Arena”da münasibətləri aydınlaşdıracaqlar. 37 xalla ikinci olan “Səbail” doğma meydanda 36 xalla dördüncü sırada yer alan “Sumqayıt”ı qəbul edəcək.

Qeyd edək ki, turun digər oyunları martın 9-10-da keçiriləcək.
Azərbaycan Premyer Liqası

XXVI tur

8 mart

19:00. “Səbail” – “Sumqayıt”

Bakı, “ASCO Arena”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir