İdman

Çempionlar Liqası: “Mançester Siti” və “Real” 1/4-də – VİDEO

Sharing is caring!


UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki matç keçirilib

Oxu.Az-ın məlumatına görə, günün qarşılaşmaları İngiltərə və İspaniyada baş tutub.

Turnirin son qalibi “Mançester Siti” doğma azarkeşləri önündə Danimarka təmsilçisi “Kopenhagen”i sınağa çəkib. Rəqibini səfərdə 1:3 hesabı ilə məğlub edən “şəhərlilər” cavab görüşündə də eyni nəticə ilə üstün olublar – 3:1 (6:2).

ÇL-in ən titullu komandası “Real Madrid” də Almaniya “Leypziq”i ilə ev matçına çıxıb. İspaniya nəhəngi səfərdə qazandığı 0:1 hesablı qələbənin sayəsində mərhələ adlayıb. Belə ki, kral klubu doğma azarkeşləri önündə almanlarla sülh bağlayıb – 1:1. Lakin iki oyunun nəticəsinə görə (2:1) məhz “Real” yoluna davam edib.

Qeyd edək ki, daha əvvəl “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir