İdman

“Qarabağ”a qol vuran futbolçu La Liqa klubuna keçdi – FOTO

Sharing is caring!


İspaniyanın “Atletik” (Bilbao) klubu Portuqaliya “Braqa”sının vingeri Alvaro Calonu transfer edib.

Bu baradə La Liqa klubundan məlumat verilib.

Məlumata görə, 24 yaşlı futbolçu La Liqa klubuna mövsümün sonunda qoşulacaq.

Bildirilir ki, Calo ilə 5 illik müqavilə imzalanıb.

“Braqa” bu transferdən ümumilikdə 20 milyon avro qazanacaq.

Xatırladaq ki, “Braqa” Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olub.  O, Bakıda keçirilən matçda fərqlənib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir