Cəmiyyət

Şirvanda qəribə olay: Falçıya inanan qadın 125 min manat itirdi

Sharing is caring!


Əri ilə münasibətlərini düzəltmək məqsədilə falçılara ümid edən qadının 125 min manatı ələ keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, Şirvan şəhərində yaşayan Nəcibə Quluzadə ilə əri Alim Quluzadənin (zərərçəkənlərin ad-soyadları şərti) münasibətlərində soyuqluq yaranıb.

İşə Nəcibənin anası da qarışıb. Ana qızının ailəsində yaranan problemin həllini yalnız falçılarda görüb. Bu məqsədlə Nəcibəni qonşusu, təqsirləndirilən G.Qasımova ilə tanış edib.

Təqsirləndirilən şəxs Nəcibə ilə söhbətində əri ilə münasibətlərinin yalnız falçı vasitəsilə düzələ biləcəyini deyib. O, Bakıda, Bayıl qəsəbəsində tanıdığı falçının ona kömək edə biləcəyini deyib. Nəcibə onunla razılaşıb. İstintaq materiallarında deyilir ki, N.Quluzadə falçıya vermək üçün ərinin 125 min manatını xəbərsiz müttəhimə verib. Bir müddət sonra əri pulunun oğurlandığını düşünüb, polisə müraciət edib. Bütün işlərin üstü də bundan sonra açılıb.

Araşdırma nəticəsində G.Qasımova həbs edilib. İstintaqla müəyyən edilib ki, o, əslində heç bir falçı tanımır. Zərərçəkmişdən aldığı pulu isə öz xərclərinə sərf edib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Nəcibə ilə birgə əri Alim də zərərçəkmiş qismində tanınıb. Bu gün keçirilən sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən, G.Qasımova külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir