İdman

Messi və Suaresin dublları “İnter Mayami”yə qələbə qazandırdı – VİDEO

Sharing is caring!


Martın üçündə MLS-də “İnter Mayami” “Orlando Siti”ni qəbul edib.

Komandalar Fort Lauderdeyldəki (ABŞ) DVR stadionunda üz-üzə gəliblər. Matçda meydan sahibləri 5:0 hesabı ilə inamlı qələbə qazanıblar.

“İnter”də ilk qolunu vuran Suares (4, 11) Messi (57, 62) ilə birgə dublla yadda qalıblar. Daha bir qolu isə Taylor (29) vurub.

Hazırda MLS-də üç oyundan sonra “İnter Mayami” yeddi xalla Şərq Konfransında birinci yerdədir. “Orlando” üçün bu görüş turnirdə ikinci olub. Məğlubiyyətdən sonra Oskar Pareyanın komandasının cəmi bir xalı var və Qərb konfransında 12-ci yeri tutur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir