Dünya

Meksika keçmiş vitse-prezidenti Ekvadora ekstradisiya etməkdən imtina edib

Sharing is caring!


Meksika səfirliyə sığınan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası bu ölkənin hakimiyyət orqanlarına təhvil verməkdən imtina edib.

Bunu Meksikanın xarici işlər naziri Alisiya Barsena deyib.

“Bunu etmək olmaz, çünki bu, səfirliyimizin diplomatik toxunulmazlığını pozacaq. Biz Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlasın sığınacaq tələbini təhlil edirik”, – deyə Barsena vurğulayıb.

Onun sözlərinə görə, Meksika sığınacaq axtaranlar üçün həmişə çox qonaqpərvər ölkə olub. Xüsusən də onlar siyasi təqiblərdən qaçarkən, ölkə həmin şəxslərə qucaq açıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir