İdman

Azərbaycanlı idmançı Türkiyə klubuna transfer oldu – FOTO

Sharing is caring!

Ölkəmizin şose velosipedi üzrə Elit yığma komandasının lider idmançısı, Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanın idman şərəfini qoruyacaq Elçin Əsədov Türkiyənin “Salcano Sakarya” kontinental klubuna keçib.

Bununla bağlı qardaş ölkə təmsilçisi “Can Azərbaycandan qardaşımız Elçin Əsədov, yeni komandana xoş gəldin” başlığı ilə sosial media hesablarında paylaşım edib.

2020-ci ili “Bahrain Cycling Academy” kontinental komandasının heyətində keçirən Elçin Əsədova Bəhreyn təmsilçisindən daha bir illik müqavilə təklif edilsə də, idmançımızın Olimpiya Oyunlarına daha yaxşı hazırlıq şərtləri baxımından seçimi Türkiyə klubu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir