İdman

Azərbaycan Karate Federasiyasının vitse-prezidentləri seminarda iştirak ediblər – FOTO

Sharing is caring!


22-25 fevral 2024-cü il tarixlərində Bolqarıstanın Varna şəhərində Azərbaycan Karate Federasiyasının rəhbərliyi – vitse-prezidentlər Füzuli Musayev, Rəhman Hətəmov və baş katib Qabil Sayadov Kyokuşin Dünya Birliyinin (KWU) SENŞİ qış seminarında iştirak ediblər.

Bu barədə Federasiyadan məlumat verilib.

Bildirilib ki, seminar müddətində SENŞİ professional Liqa yarışları da təşkil olunub. Dörd günlük seminarda dünyanın ən tanınmış kyokuşinkay karate, K-1, kudo, UFC, kikboksinq və senşi ulduzları iştirak ediblər. Onlar arasında Akira Masuda, Semmy Şilt, Albert Kraus, Fransisko Filyo, İvo Kamenov, Qlaub Feitosa, Yusuke Fuji və digər məşhur ustalar yer alıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir