İdman

“Qarabağ”ın balaca azarkeşi danışdı – FOTO/VIDEO

Sharing is caring!


Videosu ilə “Tiktok” sosial şəbəkəsində trend olan “Qarabağ”ın balaca azarkeşi Ümid Xəlilzadə klubun futbolçuları ilə bir araya gəlib.

Futbolçular Nəriman Axundzadə və Toral Bayramov Ümidlə görüşüblər. Görüşdən sonra 9 yaşlı Ümid təəssüratlarını Azxəbər.com-la bölüşüb.

“Videomu anam çəkib, nənəmə göndərmişdi. Mən də, anam da bilməzdik ki, video “tiktok”a düşəcək. Videonu bir tanışımız sosial şəbəkəyə yerləşdirib ki, komandanın və oyunçuların diqqətini çəksin. Belə də oldu. Sonra bizə klubdan Asif Əsgərov zəng etdi və məni görüşə dəvət etdilər. Mən də getdim”.

Daha sonra Ümid Nəriman və Toralla görüşündən danışıb:

“Kluba çatanda bizi çox gözəl qarşıladılar. Nəriman və Toral məni artıq foyedə gözləyirdi. Mən onları görəndə yenə ağladım. Çünki onları çox sevirəm. Söhbət etdik, daha sonra mənə imzalı top hədiyyə etdilər. Şəkillər çəkdirdik. Bu, mənim həyatımda unuda bilməyəcəyim ən gözəl günlərdən biri idi, çünki arzum həyata keçmişdi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir