İdman

“Mançester Yunayted”in əfsanəsi “Qarabağ”ın qələbəsindən danışdı – VİDEO

Sharing is caring!


İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəvi futbolçusu Con Oşi püşkatma mərasimindən əvvəl “Qarabağ”ın Avropa Liqasının 1/16 final mərhələsində sərgilədiyi oyunla bağlı fikirlərini bölüşüb.

Oxu.Az xəbər verir ki, o, “Qarabağ”ın Portuqaliyanın “Braqa” klubunu mübarizədən kənarlaşdırmasını sürpriz adlandırıb.

“Çox böyük sürpriz idi. Onlar üçün möhtəşəm anlardır”, – deyə İrlandiya yığmasının sabiq futbolçusu bildirib.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyib. Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib.

Xatırladaq ki, püşkatmanın nəticəsinə əsasən, “Qarabağ”ın 1/8 finalda rəqibi Almaniyanın “Bayer 04” klubu olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir