Siyasət

Şarl Mişel: “Çin lideri məni əmin etdi ki, Rusiyaya silah vermirlər”

Sharing is caring!

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Si Cinpinlə görüşü zamanı Moskvanı BMT Nizamnaməsinin qanunlarına əməl etməyə məcbur etmək üçün Çini bu ölkəyə qarşı öz təsir imkanlarını işə salmağa çağırıb.

Ş.Mişel bu barədə Pekində mətbuat konfransı zamanı bildirib.

Avropa Şurasının rəhbəri Çinin qlobal oyunçu, eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğunu vurğulayıb.

Şarl Mişel həmçinin bəyan edib ki, Si Cinpin danışıqlar zamanı onu əmin edib ki, Çin Rusiyaya silah vermir.

Mənbə: Profile.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir