İdman

“Mançester Yunayted”in əfsanəsi 14 yaşında düçar olduğu pis vərdişdən danışıb

Sharing is caring!


“Everton”un və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi spirtli içkilərə aludəçiliyindən danışıb.

“Yadımdadır, 14 yaşım olanda Kolin Harvinin baş məşqçisi olduğu “Everton” komandasının oyunçusu idim. O vaxtlar atılmış bir ev tapır, pəncərəsini sındırıb içəri keçirdik, çox içirdik. Geriyə baxanda düşünürəm ki, mənim hər cür problemim olub. Mən çox içmişəm və açıq-aydın bu, öz təsirini göstərib”, – deyə Runi bildirib.

Qeyd edək ki, hücumçu “Everton”un yetirməsidir. O, əsas komandada 67 oyun keçirib, daha sonra karyerasının böyük hissəsini (393 matç) “Mançester Yunayted”də keçirib. Runi beşqat İngiltərə çempionudur və 2008-ci ildə klubu ilə Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, “Mançester Yunayted”lə  dörd dəfə ölkə kubokunu, Avropa Liqasını (2017) və İngiltərə Superkubokunu qazanıb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir