İdman

“Liverpul” rəqibini qol vurmağa peşman etdi – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasının 26-cı turunun açılış matçında lider “Liverpul” autsayder “Luton Taun”u qəbul edib.

“Enfild”də baş tutan qarşılaşmada hesabı qonaqlar açsalar da, meydan sahibləri onları qol vurduqlarına peşman ediblər.

12-ci dəqiqədə Oqbenenin qapı çərçivəsinə vurulan dəqiq zərbəsinə mersisaydlılar van Deyk (56), Qakpo (58), Dias (71) və Elliotun (90) qolları ilə cavab veriblər – 4:1.

Beləliklə də, Yurgen Klopun yetirmələri xallarının sayını 60-a çatdıraraq liderliklərini möhkəmləndiriblər. “Luton” isə 20 xalla turnir cədvəlində 18-cidir.   

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir