İdman

AFFA İntizam Komitəsi “Sumqayıt” və “Kəpəz”i cərimələyib

Sharing is caring!


AFFA İntizam Komitəsi “Sumqayıt” klubunu 2300 manat cərimələyib.

Oxu.Az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Premyer Liqanın XXIII turunda qolsuz başa çatan “Turan Tovuz”la matçın dörd dəqiqə gec başlamasına görə 1500 manat ziyana düşüb.
Komanda meydana gec çıxdığı üçün qarşılaşma yubanıb. Görüşdə meydana kənar şəxsin daxil olmasına görə isə klub 800 manat ödəyəcək.

İntizam Komitəsi “Kəpəz” klubunu 700 manat cərimələyib. Gəncə təmsilçisinin 5 futbolçusu “Sabah”a 2:3 hesabı ilə uduzduqları matçda sarı vərəqə ilə cəzalandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir