İdman

Ronaldu 875-ci qolunu vurdu, komandası qalib gəldi – VİDEO

Sharing is caring!


Səudiyyə Ərəbistanı Pro Liqasının 20-ci turunda maraqlı qarşılaşma baş tutub.

“Ən-Nəsr” “Əl-Fateh”i qəbul edib.

Meydan sahiblərinin ilk qolunu 17-ci dəqiqədə hücumçu Kriştianu Ronaldu vurub.

Bu, 39 yaşlı ulduzun karyerasındakı 875-ci qolu olub.

29-cu dəqiqədə “Əl-Fateh”in müdafiəçisi Salem Əl-Najdi hesabı bərabərləşdirib. 72-ci dəqiqədə isə “Ən-Nəsr”in yarımmüdafiəçisi Otavio komandasına qələbə qazandıran qolun müəllifi olub – 2:1.

Beləliklə, hazırda “Ən-Nəsr” 49 xalla turnir cədvəlində 2-cı pillədədir. Onun rəqibi isə 29 xalla 7-cidir. Çempionata 53 xala malik “Əl-Hilal” başçılıq edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir