Dünya

Küçələrə fişənglər düzüb partlatdılar: Çin Yeni ilindən qorxulu və heyrətamiz görüntülər – VİDEO

Sharing is caring!


Müasir Çində Yeni il bayramı ildə iki dəfə qeyd olunur: bütün dünya ilə birlikdə (yanvarın 1-nə keçən gecə) və Şərq təqviminə görə.

Çin Yeni ilinin əsas fərqi onu qeyd etmək üçün sabit bir tarixin olmaması, hər il fərqli gündə keçirilməsidir. Məsələ burasındadır ki, Yeni ilin ilk günü həmişə qış gündönümündən sonra (21 dekabrdan sonra) ikinci yeni aya düşür – yəni, qriqoryan təqviminə görə, yanvarın 21-dən fevralın 21-dək istənilən tarix ola bilər. Çində bayram, adətən, 15 günə qədər davam edir.

2024-cü ildə Yaşıl Taxta Əjdaha ili fevralın 10-da başlayıb. Çin mədəniyyətində bu mifik heyvan gücü, zadəganlığı, şərəfi, şansı və uğuru simvollaşdırır. Bayram fevralın 24-dək davam edəcək.

Sosial şəbəkələrdə bayram tədbirləri ilə bağlı müxtəlif maraqlı görüntülər paylaşılır. Kadrlardan biri Quandunda qeydə alınıb. Videoda küçələrin biri boyunca yola düzülmüş fişənglərin partladılması və bu zaman yaranan qorxulu olduğu qədər həyəcanverici anlar əks olunub.

Mənbə: “Pul №3” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir