İdman

Kyeza “Yuventus”dan “Liverpul”a keçə bilər

Sharing is caring!


İngiltərənin “Liverpul” klubu yay transfer pəncərəsində İtaliya “Yuventus”unun futbolçusu Federiko Kyezanı transfer edə bilər.

Turin təmsilçisinin 2024-cü ilin yayında Kyeza və Filip Kostiçlə ayrılmağa hazır olduğu bildirib.

Bu mövsüm Kyeza “Yuve”nin heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 6 qol vurub və iki məhsuldar ötürmə edib. Onun Turin klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt”ın məlumatına görə, 26 yaşlı futbolçunun bazar dəyəri 50 milyon avrodur.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir