İdman

ÇL-də 1/8 final həyəcanı: PSJ İspaniya klubuna, “Bavariya” “Latsio”ya qarşı – AFİŞA

Sharing is caring!


Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

“Report”un məlumatına görə, qarşılaşmalardan biri İtaliyada, digəri Fransada gerçəkləşəcək.

“Latsio” Almaniyanın “Bavariya” komandasını qəbul edəcək. PSJ isə doğma azarkeşləri önündə İspaniya təmsilçisi “Real Sosyedad”ı sınağa çəkəcək.

Bu cütlərdə cavab matçları martın 5-də reallaşacaq.

UEFA Çempionlar Liqası

1/8 final, ilk oyunlar

14 fevral

00:00. “Latsio” (İtaliya) – “Bavariya” (Almaniya)

Baş hakim: Fransua Leteksye (Fransa).

Roma, “Stadio Olimpico”.

00:00. PSJ (Fransa) – “Real Sosyedad” (İspaniya)

Baş hakim: Marko Quida (İtaliya).

Paris, “Park de Prens”.

Qeyd edək ki, komandalar arasında cavab görüşləri martın 6-da keçiriləcək. Ötən gün “Mançester Siti” Danimarkada “Kopenhagen”ə 3:1, “Real” isə Almaniyada “Leypziq”ə 1:0 hesabı ilə qalib gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir