İdman

Azərbaycan Kubokunda ilk yarımfinalçılar bəlli olacaq

Sharing is caring!


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

“Report” xəbər verir ki, ilk olaraq iki qarşılaşma keçiriləcək.

“Zirə” doğma meydanda “Səbail”i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda gerçəkləşən matç saat 17:00-da başlayacaq. İlk oyunda “qartallar” qələbə qazanıblar – 2:1.

İkinci dueldə “Qarabağ” “Sabah”la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 20:00-da başlayacaq. İlk oyunda Ağdam klubu 7:1 hesablı qələbəyə sevinib.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

8 fevral

17:00. “Zirə” – “Səbail”

İlk oyun – 2:1.

20:00. “Qarabağ” – “Sabah”

İlk oyun – 7:1.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab matçları fevralın 9-da keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir