Dünya

Haitidə kütləvi etirazlarda azı 10 nəfər ölüb – VİDEO

Sharing is caring!


Haitidə Baş nazir Ariel Anrinin istefası tələbi ilə davam edən etiraz aksiyaları zamanı nümayişçilərlə Haiti Milli Polis qüvvələri arasında baş verən toqquşmalarda azı 10 nəfər ölüb.

Etirazlar zamanı küçələrdə silahlı müxalifət tərəfdarları da olublar. Həmin silahlı şəxslərin polis bölməsinə hücumu nəticəsində bir nəfər həlak olub.

Həmçinin paytaxt Port-o-Prinsdə hökumət binalarına hücumlar qeydə alınıb.

Qeyd edək ki, yanvarın sonunda Haiti Parlamenti Senatının keçmiş üzvü, 2021-ci ilin iyulunda öldürülən prezident Jovenel Moisenin müttəfiqi Jan-Şarl Moise ölkə vətəndaşlarını Ariel Anri hökumətini devirmək üçün fevralın əvvəlində kütləvi etiraz aksiyalarına çıxmağa çağırıb.

Mənbə: Gazette Haiti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir