İdman

Dani Alveşin məhkəməsindən ilk görüntülər yayıldı – FOTO

Sharing is caring!


“Barselona” və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş zorlama işi ilə bağlı hakim qarşısına çıxıb. 

Müdafiəçi 2023-cü ilin yanvarında Barselonada gecə klubunda qadına təcavüz etməkdə təqsirli bilinərək həbs olunub. 

Fevralın 5-də onun məhkəmə prosesinə start verilib. İş üzrə məhkəmə prosesi fevralın 7-dək qapalı keçiriləcək. Prokurorluq təqsirləndirilən şəxsə 9 il həbs, həmçinin 150 min avro təzminat və 10 il sınaq müddəti tələb edir. Şəxsi ittiham tərəfi isə tələb olunan cəzanı 12 ilə qədər artırıb. 

Alveşin vəkilləri isə iddia edirlər ki, orada cinsi təcavüz deyil, razılıq əsasında intim münasibət olub. Bununla belə, braziliyalı artıq bir neçə dəfə hadisə ilə bağlı ifadəsini dəyişib. 

Mənbə: football24.ua 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir