Təhsil

“Gələcəyin xəzinəsi – inkişafetdirici səyyar kitabxana” layihəsinin açılış tədbiri keçirildi.

Sharing is caring!

“Gələcəyin xəzinəsi – inkişafetdirici səyyar kitabxana” layihəsinin açılış tədbiri keçirildi.
01.10.2021-ci il tarixində Təhsil Nazirliyi tərəfindən elan olunmuş Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Gələcəyin xəzinəsi – inkişafetdirici səyyar kitabxana” layihəsinin Cəlilabad rayon Heydər Əliyev Mərkəzində təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Samirə Əmrahova layihə təklifinin aktuallığı, layihənin məqsədi, vəzifələri, icra müddəti, görüləcək işlər və gözlənilən nəticələr barədə ətraflı məlumat verdi.
   Təqdimat mərasimində Cəlilabad Rayon Təhsil Şöbəinin əməkdaşları, rayon ərazisində yerləşən müxtəlif ümumtəhsil müəssisələrinin müəllimləri, layihə təlimçisi və eksperti də iştirak edirdilər.
“Gələcəyn xəzinəsi – inkişafetdirici səyyar kitabxana” layihəsinin  əsas məqsədi    yerli və xarici inkişafetdirici, öyrədici ədəbiyyatlardan ibarət səyyar kitabxana təşkil etməklə şagirdlərdə ömürboyu mütaliə vərdişləri formalaşdırmaq, zehni və sosial bacarıqların inkişafına, məktəbin və nəticədə cəmiyyətin idarəedilməsinin təkmilləşdirilməsinə dəstək olmaqdır.
   Qeyd edək ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Hazırladı: Elcan

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir