İdman

Samir Abasov: “Necə qalib gəldiklərini futbolçulardan soruşmaq lazımdır”

Sharing is caring!


“Qələbə futbolçularındır. Necə qalib gəldiklərini onlardan soruşmaq lazımdır”.

“Report”un məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXI tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis tribunalarda yer alan azarkeşlərə təşəkkür edib: “Onların dəstəyi sayəsində bunlar oldu. Hər kəsi stadiona dəvət edirəm, bundan sonrakı matçlarda da tribunaları doldurmalarını istəyirik”.

Abasov bu matçın ölkə kubokundakı qarşılaşmanın davamı olduğunu söyləyib: “Həmin oyunda da sınmadıq, bildirdik ki, buranın yiyəsi bizik. Matçdan əvvəl futbolçulara demişdim ki, oynayacağınız oyun növbəti görüşlərə təsir edəcək. Uşaqlar mənə də dedilər ki, narahat olmayın”.

Baş məşqçi futbolçuların matçdan əvvəl ona köynək hədiyyə etdiyini də deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir