Dünya

İspaniyada rəqiblərindən şərab zavoduna ağır zərbə: Yüksəkkeyfiyyətli məhsullar yerə boşaldıldı – VİDEO

Sharing is caring!


İspaniyanın Valyadolid şəhərində naməlum şəxs şərab zavoduna girərək müəssisəyə külli miqdarda zərər vurub. Belə ki, hücum edən şəxs içərisində yüksəkkeyfiyyətli şərab olan üç çəni boşaldıb. Nəticədə 60 min litr (80 min şüşə) məhsul axıb.

Dəyən zərərin təxminən 2,5 milyon avroya bərabər olduğu ehtimal edilir.

Zavod rəhbərliyi bunu rəqiblərinin qisası ola biləcəyini deyirlər. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşları yoxlamaya başlayıblar.

Zavoda quraşdırılmış müşahidə kamerası baş verənləri anbaan qeydə alıb.

Mənbə: “Mash” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir