İdman

Bundesliqa: “Bavariya” rəqibini qol vurmağa peşman etdi, “Bayer” Tellanın dublu sayəsində qalib gəldi – VİDEO

Sharing is caring!


Almaniya Bundesliqasında 20-ci turun oyunları keçirilir. 

“Bavariya” Münhenqladbax “Borussiya”sını qəbul edib. Hesabı qonaqlar açsalar da, münhenlilər üç qol vuraraq cavab veriblər. Pavloviç (45), Keyn (70) və de Liqt (86) fərqləniblər – 3:1. 

Çempionatın lideri olan Leverkuzen “Bayer”i isə “Darmştadt”ın qonağı olub. Alonsonun yetirmələri Tellanın dublu (33, 52) sayəsində qalib gəliblər – 0:2. 

Beləliklə, “Bayer” 20 matçda 52 xal toplayaraq Bundesliqadakı liderliyini davam etdirir. “Bavariya” isə 50 xalla ikincidir. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir