İdman

Premyer Liqa: XXI tur çempionun səfər oyunu ilə başlayacaq

Sharing is caring!


Azərbaycan Premyer Liqasında bu gün XXI tura start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.

Tur son çempion “Qarabağ”ın matçı ilə başlayacaq. Ağdam təmsilçisi “Səbail”in qonağı olacaq. Qurban Qurbanovun yetirmələri hazırda 47 xalla turnir cədvəlinə başçılıq edirlərsə, 5-ci pillədəki “Səbail”in hesabında 27 xal var.

Günün ikinci qarşılaşmasında baş məşqçisiz qalan “Sabah” “Turan Tovuz”la evdə üz-üzə gələcək. Bakılıları bu görüşə İqor Ponomaryov çıxaracaq. Komandaların turnir cədvəlində qonşu olmaları oyuna marağı bir qədər də artırır. “Sabah” 26 xalla 7-ci sıradadırsa, “Turan Tovuz” rəqibindən cəmi 1 xal az toplayıb.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi”, “Qəbələ” – “Zirə” oyunları fevralın 4-də, “Kəpəz” – “Araz-Naxçıvan” qarşılaşması isə bir gün sonra keçiriləcək.

Premyer Liqa

XXI tur

3 fevral (şənbə)

15:00. “Səbail” – “Qarabağ”

Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: İlham Əliyev

“ASCO Arena”

17:30. “Sabah” – “Turan Tovuz”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Anar Şixəliyev

“Bank Respublika Arena”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir