Şou-Biznes

Mustafa Sandal Yeni İldə Bakıda OLACAQ

Sharing is caring!

Türkiyəli müğənni Mustafa Sandal Bakıya gəlir. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı bu barədə Yeni İl proqramı ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib. 

Sualları cavablandıran Sandal Yeni il proqramının hələ tam hazır olmadığını, amma çox güman ki, Azərbaycanda olacağını vurğulayıb.

Müğənnilərin Yeni il səhnə qonorarı ilə bağlı suala "Normal vaxtlardan 2-3 dəfə çox qonorar ola bilər. Bu faktdır, amma bəzi adların aldığı rəqəmləri görəndə gülürəm. Bəziləri PR (reklam) üçün qiyməti yüksək göstərməyə çalışır, amma mən yox” ifaçı belə cavab verib.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir