İdman

“Atletik” “Malyorka”nı darmadağın etdi – VİDEO

Sharing is caring!


“Atletik” və “Malyorka” komandalarının qarşılaşdığı İspaniya La Liqasının 23-cü turunun oyunu başa çatıb.

Oxu.Az xəbər verir ki, komandalar Bilbaodakı (İspaniya) “San Mames” stadionunda qarşılaşıblar.

“Atletik” 4:0 hesabı ilə qalib gəlib.

“Atletik”in müdafiəçisi Yuri Berçiçe oyunun üçüncü dəqiqəsində fərqlənib. Ona Niko Uilyams köməklik edib. 13 dəqiqədən sonra Berçiçe dubla imza atıb. Matçın 65-ci dəqiqəsində Quruseta hesabı artırıb. Yekun hesabı 89-cu dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi İker Munyain qoyub.

Beləliklə, “Atletik” 2023/2024 mövsümü üçün İspaniya çempionatının turnir cədvəlində beşinci yeri tutur. Komanda 23 oyundan sonra 45 xal toplayıb. “Malyorka” 20 xalla 15-ci yerdədir. La Liqanın turnir cədvəlinə Real Madrid (57) başçılıq edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir