İdman

Cüdoçularımız Belçikadan dörd medalla qayıdırlar – FOTO

Sharing is caring!


Vise şəhərində Belçika açıq cüdo turniri keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan yarışda kişilər arasında 7 çəki dərəsində 12 cüdoçu ilə təmsil olunub.

Milli komanda turnirində 1 qızıl və 3 bürünc medal əldə ediblər. Azərbaycan cüdoçuları yarışda medal əyarına görə ümumi hesabda dördüncü yeri tutublar.

Kişilər arasında 66 kq çəkidə İslam Rəhimov qızıl, Aydın Rzayev bürünc medal əldə edib. Nəriman Mirzəyev (73 kq) və Kənan Nəsibov (+100 kq) yarışı üçüncü pillədə başa vurublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir