İdman

“Qarabağ”ın legionerinə UEFA-nın verdiyi cəzanın müddəti bəlli olub

Sharing is caring!


“Qarabağ”ın futbolçusu Marko Veşoviçə UEFA-nın verdiyi cəzanın müddəti bəlli olub.

“Report”un məlumatına görə, Avropa futbol qurumu 32 yaşlı cinah müdafiəçisini bir oyun diskvalifikasiya edib.

Monteneqrodan olan oyunçu dekabrın 14-də İsveçin “Hakken” komandasını məğlub etdikləri (2:1) Avropa Liqasının qrup mərhələsinin VI turunun qarşılaşmasının 56-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.

Veşoviç Portuqaliyada “Braqa”ya qarşı keçirəcəkləri pley-offun ilk oyununu buraxacaq. O, Bakıda gerçəkləşəcək cavab görüşündə komanda yoldaşlarına kömək edə biləcək.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir