İdman

“Liverpul” yeddi qol vurulan qarşılaşmada qələbə qazandı – VİDEO

Sharing is caring!


İngiltərə kubokunun 1/16 final mərhələsində “Liverpul” “Norviç”lə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, azarkeşlər qarşılaşmada yeddi qolun şahidi olublar – 5:2.

16-cı dəqiqədə Ceyms Makkonnelin ötürməsindən sonra Kertis Cons hesabı açıb. 22-ci dəqiqədə Ben Qibson hesaba tarazlıq gətirib.

28-ci dəqiqədə mersisaydlıların hücumçusu Darvin Nunes yenidən komandasını irəli çıxarıb. 53-də Dioqo Jota “Liverpul”un üstünlüyünü bir qədər də artırıb. 10 dəqiqə sonra Vircil van Dayk komandasının dördüncü topunu vurub. 69-cu dəqiqədə Borxa Sayns qollardan birinin əvəzini çıxıb. Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş beşinci dəqiqədə Rayan Qravenberx hesab arasındakı fərqi yenidən üç topa çıxarıb.

Qələbə sayəsində “Liverpul” növbəti mərhələyə yüksəlib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir