Dünya

Soçidə turist qrupu yoxa çıxdı

Sharing is caring!

Rusiyanın Soçi şəhərində turist qrupu səyahət zamanı yoxa çıxıb.

Aralarında üç uşağın da olduğu beş turist Soçidəki Ajek silsiləsinə gəzintiyə gedib və geri qayıtmayıb.

Hadisə ilə bağlı axtarışlar başlayıb.

Bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Axtarış-Xilasetmə Qrupunun mətbuat xidmətindən məlumat verilib.

“Bu gün saat 05:40-da Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupuna bir qadın tərəfindən zəng gəlib. Qadın bildirib ki, oktyabrın 1-də əri öz dostu və üç övladı ilə birlikdə Ajek silsiləsi ərazisinə gəzintiyə gedib. Turistlər oktyabrın 2-də evə qayıtmalı idilər, lakin indiyədək onlardan xəbər yoxdur. Gecə güclü yağış yağdığı və qrup rəhbəri ilə əlaqə saxlamaq mümkün olmadığı üçün Cənub Regional Axtarış və Xilasetmə Qrupu xilasediciləri əraziyə yola düşüblər”, – deyə məlumatda qeyd edilib.

Xilasedicilər Ajek ekokəndinə gəliblər və məlum olub ki, turistlər orada fasilə etməyiblər. Daha sonra xilasedicilər As çayı ərazisinə yollanıblar və yol boyu bütün turist dayanacaqlarına və qrupun qala biləcəyi mümkün yerlərə baxış keçiriblər.

“Qrup Fövqəladə Hallar Nazirliyində qeydiyyata alınmayıb”, – deyə axtarış qrupundan bildirilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir