İqtisadiyyat

Elnur Əliyev: “Qeyri-neft sektoruna investisiya edən ölkələr arasında Türkiyə ilk sıradadır”

Sharing is caring!

“Azərbaycanın qeyri-neft sektoruna investisiya edən ölkələr arasında Türkiyə ilk sıradadır”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin açılış tədbirində çıxışı zamanı deyib.

“Hazırda Türkiyə şirkətləri ilə Azərbaycanda yeni layihələrin icrası üzrə işlər davam edir. Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır”, – deyə E.Əliyev bildirib.

Nazir müavininin sözlərinə görə, İqtisadiyyat Nazirliyi Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 5 000-ə yaxın Türkiyə şirkətinin rahat biznes fəaliyyəti ilə məşğul olması üçün zəruri dəstək göstərir.

O qeyd edib ki, Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən işlərə də böyük maraq göstərir:

“Türkiyə şirkətləri bu bölgənin yenidən dirçəldilməsi istiqamətində ərazilərdə yeni infrastruktur layihələrinin reallaşdırılmasında maraqlıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir