İdman

Ronaldu: “Mövsümün sonunda karyeramı bitirə bilərəm”

Sharing is caring!


Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun 38 yaşlı hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasını nə vaxt bitirəcəyi ilə bağlı suala dəqiq cavab verə bilməyib.

“Mövsümün sonunda karyeramı bitirə və ya daha iki-üç il oynaya bilərəm. Düzünü desəm, hələ bilmirəm. Nə qədər ki, başım və bədənim qaydasındadır, futboldan həzz alıram, oynamağa davam edəcəyəm. Artıq faydalı ola bilməyəcəyimi hiss edəndə dərhal bu vəziyyətə məsuliyyətlə yanaşacağam. Hazırda meydançaya çıxanda özümü əla və xoşbəxt hiss edirəm. Mən ən çox sevdiyim işlə məşğulam”, – o deyib.

Xatırladaq ki, fevralın 5-də Ronaldunun 39 yaşı tamam olacaq. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir