İdman

İtaliya A Seriyası: “Milan” geridönüş edərək “Udineze”dən qələbəni qopardı – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında 21-ci turun “Udineze” – “Milan” matçı dramatikliyilə yadda qalıb.

32-ci dəqiqədə Ruben Loftus-Çik qarşılaşmada hesabı açaraq “Milan”ı önə çıxarıb. Bundan dərhal sonra matçın baş hakimi Fabio Mareska oyunu dayandırıb və bir neçə dəqiqəlik fasilə yaranıb. Buna azarkeşlərin “Milan”ın qapıçısı Mayk Minyana qarşı irqçi şüarlar səsləndirməsi səbəb olub.

42-ci dəqiqədə Lazar Samardziç hesabı bərabərləşdirib. 62-ci dəqiqədə Florian Tovin “Udineze”ni hesabda önə keçirib. 83-cü dəqiqədə Luka Yoviç hesabı bərabərləşdirib. 90+3-cü dəqiqədə isə Noa Okafor “Milan”ı irəli çıxararaq komandasının 2:3 hesablı qələbəsini rəsmiləşdirib.

Bu matçın nəticəsindən sonra “Milan” 45 xal toplayaraq turnir cədvəlində üçüncü pillədə qalıb. “Udineze” isə 18 xalla 17-ci yerə düşüb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir