İdman

Bundesliqa lideri son dəqiqə qolu ilə qalib gəldi – VİDEO

Sharing is caring!


Almaniya Bundesliqasının 18-ci turunun mərkəzi oyununda “Leypsiq” ilə Leverkuzen “Bayer”i qarşılaşıb.

Görüş Leypsiqdəki “Red Bull Arena”da baş tutub.

İlk qolu yeddinci dəqiqədə “Leypsiq”in yarımmüdafiəçisi Xavi Simons vurub. 47-ci dəqiqədə “Bayer”in yarımmüdafiəçisi Natan Tella hesabı bərabərləşdirib.

56-cı dəqiqədə Lua Openda “Leypsiq”i yenidən hesabda önə keçirib. Cəmi 7 dəqiqə sonra “Bayer”in müdafiəçisi Conatan Ta hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə isə qonaqların müdafiəçisi Pyero İnkapi qələbə qolunu vurub – 2:3.

Bu nəticədən sonra “Leypsiq” turnir cədvəlində 18 oyundan 33 xalla dördüncü yerdədir. “Bayer” isə eyni sayda görüşdən sonra 48 xalla birincidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir