İdman

“Əl-İttifaq”dan “Ayaks”a

Sharing is caring!


İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Henderson “Əl-İttifaq”la müqaviləsini vaxtından əvvəl ləğv etmək barədə razılığa gəlib. O, Səudiyyə Ərəbistanında cəmi 6 ay qalıb.

Yarımmüdafiəçinin yaxın vaxtlarda “Ayaks”la müqavilə imzalayacağı bildirilir.

Qeyd olunur ki, futbolçunun və Səudiyyə klubunun nümayəndələri hüquqi formalları tamamlayırlar. Hendersonun özü artıq komandanı tərk edərək Britaniyaya yollanıb.

Xatırladaq ki, 33 yaşlı yarımmüdafiəçisi “Liverpul”da 12 mövsüm keçirdikdən sonra keçən yay “Əl-İttifaq”la 3 illik müqavilə imzalamışdı.

“Əl-İttifaq”ın heyətində Henderson Səudiyyə Ərəbistanı Pro Liqasında 17 oyun keçirib, qol vurmayıb, ancaq dörd məhsuldar ötürmə edib.

Mənbə: Sportarena.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir