İdman

İlin ilk “El Klasiko”su bu gecə baş tutacaq

Sharing is caring!


14 yanvar bazar günü bizi 2024-cü ilin ilk “El Klasiko”su gözləyir.

 “Real Madrid” və “Barselona” İspaniya Superkubokunun finalı çərəçivəsində üz-üzə gələcəklər.

Qarşılaşma Səudiyyə Ərəbistanında baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, matçda heç də bütün əsas oyunçular meydana çıxa bilməyəcəklər. “Real Madrid”in heyətində David Alaba, Tibo Kurtua və Eder Militao zədələniblər. “Barselona”da isə ter-Ştegen, Qavi, Alonso, Kanselo, Martinez və Rafinya nasazdırlar.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir